telekommunikasiya xidməti istifadəçisi

Hüquqi əsaslarla telekommunikasiya xidmətlərindən istifadə edən şəxs

telekommunikasiya xidməti abunəçisi
telekommunikasiya qurğuları
OBASTAN VİKİ
Telekommunikasiya
Telekommunikasiya — məftil, radio, optik və ya digər elektromaqnit sistemləri vasitəsilə müxtəlif növ texnologiyalar ilə məlumatların ötürülməsi. Bu, insan səsi ilə mümkün olandan daha böyük məsafədə, lakin buna bənzər məqsədəuyğunluq miqyası ilə ünsiyyət qurmaq istəyindən yaranmışdır. Buna görə də poçt sistemi kimi vasitələr bu sahədən xaric edilir. Telekommunikasiyada ötürmə vasitələri mayaklardan və digər vizual siqnallardan (məsələn, tüstü siqnalları, semafor teleqrafları, siqnal bayraqları və optik helioqraflar) elektrik kabelinə və elektromaqnit şüalanmasına qədər texnologiyanın çoxsaylı mərhələləri vasitəsilə inkişaf etmişdir. Bu cür ötürmə yolları əksər hallarda çoxlu paralel kommunikasiya seanslarının multipleksləşdirilməsinin üstünlüklərini təmin edən kommunikasiya kanallarına bölünür. Müasir dövrdən əvvəl formalaşmış uzaq məsafəli ünsiyyətin digər nümunələrinə zərb alətlərinin kodlu ritmləri, musiqi aləti kimi istifadə olunan buynuzlar və yüksək səsli fitlər kimi səsli mesajlar aiddir. Uzun məsafəli rabitə üçün XX və XXI əsr texnologiyaları adətən elektrik və elektromaqnit texnologiyalarını əhatə edir. Bunlara teleqraf, telefon, televiziya və teleprinter, şəbəkələr, radio, mikrodalğalı ötürücü, optik lif və kommunikasiya peykləri daxildir. İlkin telekommunikasiya şəbəkələri siqnal ötürülməsi üçün fiziki vasitə kimi metal məftillər ilə yaradılmışdır. Uzun illər bu şəbəkələr teleqraf və səs xidmətləri üçün istifadə edilmişdir.
Azərbaycanda telekommunikasiya
Azərbaycanda telekommunikasiya — Azərbaycanı televiziya, radio, internet, mobil rabitə, sabit xətlərlə təmin edən ümumi anlayış. Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində Azərbaycanın informasiya və telekommunikasiya sektoru da inkişaf etməkdədir. Buna baxmayaraq hələ də problemlər ortaya çıxmaqdadır. Bunun səbəbi bu sahənin hələ cavan və tam inkişaf etməmiş olmasıdır. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom vasitəsilə Azərbaycanda telekomunikasiya inkişafına nəzarət etməkdədir. == Tarixi == === 1881-ci ilə qədərki dövr === Azərbaycanda yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur. Rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.
Telekommunikasiya tarixi
Telekommunikasiya Afrika, Amerika və Asiya regionlarında tüstü siqnalları və barabanların istifadəsi ilə başlamışdır. 1790-cı illərdə Avropada ilk sabit semafor sistemləri ortaya çıxdı; Ancaq 1830-cu ilə qədər elektrik telekommunikasiya sistemlərinin ortaya çıxması başladı. Bu məqalədə telekommunikasiya tarixçəsi və bu gün telekommunikasiya sistemlərində əməyi keçən şəxslər təsvir edilir. Telekommunikasiyanın tarixi geniş kommunikasiya tarixinin vacib hissəsidir. Erkən ünsiyyətdə duman siqnalları və barabanlar vardı. "Danışan barabanlar", Afrikadakı yerlilər tərəfindən,həmçinin Şimali Amerika və Çində də siqnallar istifadə edirdi. Bu sistemlər çox vaxt yalnız bir hərbi düşərgənin varlığını elan etmək üçün istifadə edirdilər. Rəbbin Yahudiliyində, başçı kahinlər və ya bayraqlarla yüksək rahibə geri dönərkən fasilələrlə bir siqnal verildi. Ev göyərçinləri ara-ara fərqli mədəniyyətlər tərəfindən istifadə edildiyi, göyərçin postunun Fars köklərinə sahib olduğunu və daha sonra Romalılar tərəfindən hərbi Yunan hidravlik semafor sistemlərini istifadə etdikləri məlum idi.Əsrin əvvəllərində, gəmilərlə və vizual siqnallarla çalışan vizual semaforlarla çalışan hidravlik semaforlar istifadə edilirdi, ancaq çox məhdud sayda əvvəlcədən müəyyən mesajlar istifadə edilirdi,ancaq bütün bu fikirlər optik sistemlərində təkminləşdiriliməyə başlandı. Orta əsrlərdə, məkanların zəncirləri bir siqnalın ötürülməsi vasitəsi kimi hilltoplarda istifadə olunurdu.
LTE (telekommunikasiya)
Long-term evolution (LTE, azərb. uzunmüddətli təkamül‎) — telekommunikasiyada GSM/EDGE və UMTS/HSPA standartlarına əsaslanan mobil cihazlar və məlumat terminalları üçün simsiz genişzolaqlı rabitə standartı. Fərqli radio interfeysi və əsas şəbəkə təkmilləşdirmələrindən istifadə etməklə bu standartların tutum və sürətini yaxşılaşdırır. LTE həm GSM/UMTS şəbəkələri, həm də CDMA2000 şəbəkələri olan operatorlar üçün təkmilləşdirmə yoludur. LTE tezlikləri və diapazonları ölkədən ölkəyə fərqli olduğuna görə onun dəstəkləndiyi bütün ölkələrdə yalnız çoxzolaqlı telefonlar LTE-dən istifadə edə bilər. == Siyahı == Aşağıda 2019-cu ilin fevral və mart aylarında OpenSignal.com tərəfindən ölçülən 4G LTE əhatə dairəsinə görə ilk 10 ölkənin siyahısı verilmişdir. == Tezlik diapazonları == LTE standartı bir sıra müxtəlif diapazonları əhatə edir, onların hər biri həm tezlik, həm də diapazon nömrəsi ilə təyin olunur: Şimali Amerika – 600, 700, 850, 1700, 1900, 2300, 2500, 2600, 3500, 5000 MHz (bands 2, 4, 5, 7, 12, 13, 14, 17, 25, 26, 28, 29, 30, 38, 40, 41, 42, 43, 46, 48, 66, 71) Mərkəzi Amerika, Cənubi Amerika və Karib hövzəsi – 600, 700, 800, 850, 900, 1700, 1800, 1900, 2100, 2300, 2500, 2600, 3500, 5000 MHz (bands 1, 2, 3, 4, 5, 7, 8, 12, 13, 14, 17, 20, 25, 26, 28, 29, 38, 40, 41, 42, 43, 46, 48, 66, 71) Avropa – 450, 700, 800, 900, 1500, 1800, 2100, 2300, 2600, 3500, 3700 MHz (bands 1, 3, 7, 8, 20, 22, 28, 31, 32, 38, 40, 42, 43) Asiya – 450, 700, 800, 850, 900, 1500, 1800, 1900, 2100, 2300, 2500, 2600, 3500 MHz (bands 1, 3, 5, 7, 8, 11, 18, 19, 20, 21, 26, 28, 31, 38, 39, 40, 41, 42) Afrika – 700, 800, 850, 900, 1800, 2100, 2500, 2600 MHz (bands 1, 3, 5, 7, 8, 20, 28, 41)[mənbə göstərin] Okeaniya (Avstraliya və Yeni Zelandiya) – 700, 850, 900, 1800, 2100, 2300, 2600 MHz (bands 1, 3, 5, 7, 8, 28, 40) Nəticədə bir ölkənin telefonları digər ölkələrdə işləməyə bilər. İstifadəçilərə beynəlxalq rouminq üçün çox diapazonlu telefon lazımdır. == Patentlər == Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI) əqli mülkiyyət hüquqları (IPR) verilənlər bazasına əsasən, 2012-ci ilin mart ayına olan məlumata görə, 50-yə yaxın şirkət LTE standartını əhatə edən əsas patentlərə malik olduğunu bəyan etmişdir. Bununla belə, ETSI bəyannamələrin düzgünlüyünə dair heç bir araşdırma aparmışdır.
Telekommunikasiya şəbəkəsi
Telekommunikasiya şəbəkəsi — qovşaqlar arasında mesaj mübadiləsi üçün istifadə olunan, telekommunikasiya əlaqələri ilə bir-birinə bağlanan qovşaqlar qrupu. Bağlantılar mesajları və siqnalları ötürmək üçün dövrə kommutasiyası, mesajların dəyişdirilməsi və ya paket kommutasiyası metodologiyalarına əsaslanan müxtəlif texnologiyalardan istifadə edə bilər. Birdən çox qovşaq mesajı başlanğıc qovşağından təyinat qovşağına çoxlu şəbəkə atlamaları vasitəsilə ötürmək üçün əməkdaşlıq edə bilər. Bu marşrutlaşdırma funksiyası üçün şəbəkədəki hər bir qovşağın identifikasiyası və şəbəkədə yerləşdirilməsi üçün şəbəkə ünvanı təyin edilir. Şəbəkədə ünvanlar toplusu şəbəkənin ünvan məkanı adlanır. Telekommunikasiya şəbəkələrinə misal olaraq kompüter şəbəkələri, internet, ictimai telefon şəbəkəsi (PSTN), qlobal "Telex" şəbəkəsi, aviasiya ACARS şəbəkəsi və mobil telefon telekommunikasiya provayderlərinin simsiz radio şəbəkələrini göstərmək olar. Ümumiyyətlə, hər bir telekommunikasiya şəbəkəsi konseptual olaraq üç hissədən və ya müstəvidən ibarətdir (onlar ayrı-ayrı üst-üstə düşən şəbəkələr kimi düşünülə bildiyinə görə belə adlandırılır): Verilənlər müstəvisi (həmçinin istifadəçi təyyarəsi, daşıyıcı müstəvi və ya yönləndirici müstəvi) şəbəkə istifadəçilərinin trafikini, faktiki faydalı yükü daşıyır. Nəzarət müstəvisi idarəetmə məlumatını daşıyır (siqnal kimi də tanınır). Menecment müstəvisi şəbəkənin idarə edilməsi üçün tələb olunan əməliyyatları, administrasiya və menecment trafikini daşıyır. Menecment müstəvisi bəzən nəzarət müstəvisinin bir hissəsi hesab olunur.
Telekommunikasiya avadanlığı
Telekommunikasiya avadanlığı, həmçinin telekommunikasiya qurğuları — telekommunikasiya məqsədləri üçün istifadə olunan avadanlıq növü. 1990-cı illərdən bəri telekommunikasiya avadanlığı və IT avadanlıqları arasındakı sərhəd internetin böyüməsi və onun telekommunikasiya verilənlərinin ötürülməsində artan rolu nəticəsində bulanıqlaşmışdır. Telekommunikasiya Vasitələrinin və Qurğularının (TVQ) sertifikatlaşdırılmasının əsas məqsədi, respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının qurulması və saxlanmasıdır. Bu, TVQ-nin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli, beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsinin təmin edilməsi üçün mümkündür. Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 175 saylı 21 avqust 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının (AZ 031.01)" tələblərinin yerinə yetirilməsini təmin edir. "Telekommunikasiya qaydalarına" əsasən TVQ-lərin sertifikatlaşdırılması mərkəzi olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (hazırki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən) TVQ-lərin sertifikatlaşdırılması işləri üzrə bəzi funksiyaların "AzInTelecom" MMC-yə ötürülməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin № 0010 saylı 13 fevral 2017-ci il tarixli Əmri ilə təsdiq edilib. TVQ-lərin sertifikatlaşdırılması prosesini "AzInTelecom" MMC-nin Əməliyyatlar departamentinin Sertifikatlaşdırma şöbəsi yerinə yetirir. Bu şöbədə Sınaq laboratoriyası bölməsi və İstismara nəzarət və sertifikatların hazırlanması bölməsi daxildir. Sertifikatların verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir. TVQ-lərin sertifikatlaşdırılmasına TVQ-lərin uyğunluq sınaqlarının aparılması, uyğunluğun qiymətləndirilməsi və nəticələrinin sənədləşdirilməsi daxildir.
Beynəlxalq Telekommunikasiya İttifaqı
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTI; fr. Union Internationale des Télécommunications) ilk adı "Beynəlxalq teleqraf İttifaqı"'(fr. Union Télégraphique Internationale), Birləşmiş Millətlər Təşkilatının (BMT) tabeliyində olan ixtisaslaşdırılmış qurumu. Beynəlxalq teleqraf İttifaqı kimi 1865-ci ildə yaradılıb 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşdırılmış qurumuna çevrilmişdir. == Təsis edilməsi == 1865-ci ildə, 20 avropa dövlətinin qərarı əsasında teleqraf qovşaqlarının birləşdirilməsi və avadanlıqların standartlaşdırılmasının ümumi qaydalarını (hansı ki, onların qarşılıqlı qoşulmasına imkan verir) razılaşdırmaq üçün yaradılmışdır. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Eduroam xidməti
Eduroam xidməti — elm və təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir. == Əhatə dairəsi == Dünyanın 67-dən çox ölkəsi hal-hazırda bu sistemə qoşulmuşdur. Bir çox ölkələr isə pilot layihələr çərçivəsində bu xidmətə qoşulmağa çalışırlar. TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının tövsiyələrini əsas tutaraq AzScienceNet şəbəkəsində də Milli Eduroam serveri yaradılmış və Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçmişdir. == AzScienceNet şəbəkəsində Eduroam xidməti == Eduroam xidməti AMEA-nın institut və təşkilatları əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətinə qoşulan elm və təhsil müəssisələrinin daxili infrastukturundan istifadə edərək qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı verir. Eyni zamanda Eduroam xidməti xarici ölkələrdən AMEA-nın institut və təşkilatlarına ezamiyyətə gələn elmi əməkdaşların AMEA-da Eduroam xidmətini dəstəkləyən bütün qoşulma nöqtələrindən istifadə edərək qlobal İnternet şəbəkəsinə heç bir əlavə konfiqurasiya edilmədən qoşulmasına imkan verir. Azərbaycan Milli Eduroam serveri AzSciencenet şəbəkəsində yerləşdirilmiş, republika üzrə Milli Operator funksiyasını yeinə yetirir və 11 noyabr 2011-ci il tarixində European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir. Eduroam xidməti AzScienceNet istifadəçilərinin dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaradır. Eduroam xidmətini Azərbaycan Respublikasında tətbiq etmək və ölkəni ümumdünya eduroam şəbəkəsinə qoşmaq və tanıtmaq üçün aşağıdakı tədbirlər həyata keçirilmişdir: Milli Eduroam serverin proqram təminatı işlənmiş və konfiqurasiya edilmişdir; AMEA-nın lokal eduroam serveri yaradılmış, onun proqram təminatı işlənmiş və istifadəçilər reyestri yaradılmışdır; Simsiz Wi-Fi access point-ləri quraşdırılmış və işə salınmışdır; Milli və Lokal eduroam serverlər, Wi-Fi access pointlər ümümi eduroamın tələblərinə uyğunlaşdırılmışdır. == Azərbaycan elm və təhsil müsəssisələri üçün Eduroam xidmətinə qoşulma şərtləri == Milli Eduroam serverində (AzScienceNet şəbəkəsində yerləşir) qeydiyyatdan keçmək; Təşkilatın lokal eduroam serverinin yaradılması, proqram təminatının yazılması və istifadəçilər reyestrinin yaradılması ilə bağlı işlər; Simsiz Wi-Fi Access Point-in quraşdırılması və test rejimində işə salınması ilə bağlı işlər; Təşkilatın lokal serveri və Wi-Fi Access Point avadanlıqları beynəlxalq Eduroam şəbəkəsinin tələblərinə uyğunlaşdırılmalıdır.
Nəqliyyat xidməti
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Kadrlar xidməti
İnsan resurslarının idarəedilməsi — müəssisənin strukturunda ixtisaslaşdırılmış bölmələrin (onlarda işləyən vəzifəli şəxslərlə — menecerlər, mütəxəssislər, texniki işçilər ilə) uyğunlaşdırılması üçün müəssisənin kadrlarını idarə etmək üçün nəzərdə tutulmuşdur. İnsan resursları xidmətlərinə işə qəbul agentlikləri, işə qəbul agentlikləri və peşəkar inkişaf şirkətləri daxildir. Kadr xidmətlərinin funksiyaları bir çox cəhətdən müəssisələrdə kadr şöbələrinə bənzəyir, lakin eyni zamanda bir qədər daha genişdir. == İnsan Resursları Təcrübələrinin Əsasları == === İşə qəbul === Biznesin uğurlu inkişafı üçün ixtisaslı kadrlar lazımdır. Hər bir vəzifə üçün əsas xüsusiyyətləri və xüsusiyyətləri əks etdirən iş təsvirlərini hazırlayın. İxtisaslı namizədlərin axtarışı və seçilməsi kadrların idarə edilməsi praktikasında mühüm elementə çevrilir. Qəbul təcrübələrinizin qanuna uyğun olduğundan əmin olun. Müəssisənin kadrlar şöbəsi tərəfindən işçilərin işə qəbulu mərhələləri Xətt menecerindən sifariş axtarın. Vəzifə, ərizəçiyə qoyulan tələblər, şərtlər haqqında ətraflı məlumatın əldə edilməsi. Məlumat bazansından, İnternetdən, mediada reklamdan, birbaşa axtarış və işə götürmə agentliyinin xidmətlərindən istifadə edərək axtarışı.
Feldyeger xidməti
Feldyeger xidməti (Feldjäger, alman: [ˈfɛltˌjɛːɡɐ] ( dinlə)) – məxfi və xidməti sənədlərin qəbulunu, emalı və təyinatı üzrə çatdırılmasını həyata keçirən dövlət rabitə xidməti. Təsisat və müxtəlif adlar altında bir çox ölkədə mövcuddur. İlk dəfə 1742-ci ildə Prussiya ordusunda təsis olunmuşdur. Sonralar mülki idarə orqanlarında da tətbiq edilmişdir.
Avropa Telekommunikasiya Standartları İnstitutu
Avropa Telekommunikasiya Standartları İnstitutu (beynəlxalq qısa adı - ETSI) 32 dövlət tərəfindən formalaşdırılmış bir qurumdur. ETSI-nin gördüyü işlər Avropada informasiya şəbəkələrinin yaradılması və inkişafı problemlərini əhatə edir. Məsələn, İnstitut rəqəmli Avropa simsiz rabitə, GSM “mobil rabitə üzrə qlobal sistemini” və yerli şəbəkədə küyəbənzər siqnalların istifadəsinin standartlarını hazırlayıb. İnstitut mürəkkəb çoxnizamlı funksional profillərin və Euro-ISDN şəbəkəsinin işlənib hazırlanması üzrə vacib işlər aparır. ETSI aşağıdakı standartları hazırlayıb: rəqəmli simsiz avropa rabitəsi; ümumavropa TETRA radiomagistralı.
Azərbaycanın milli telekommunikasiya peyki
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. == Peyk == Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.
Elektron Təhlükəsizlik Xidməti
Elektron Təhlükəsizlik Xidməti (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) — kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. == Tarixi == Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. == Fəaliyyəti == kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Kikinin çatdırma xidməti
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Koreya Meşə Xidməti
Koreya Meşə Xidməti (kor. 산림청) – Cənubi Koreyanın meşə resurslarını qorumaq, artırmaq və zəngiləşdirməkdən məsul olan dövlət agentliyi. Kənd Təsərrüfatı, Qida və Kənd Məsələləri Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik meşə məhsullarının istehsalı və meşə menecmenti tədqiqatları ilə məşğuldur. Qərargahı Tecon şəhərində yerləşir. == Tarixi == Koreya Meşə Xidməti 1967-ci ildə yaradılmışdır. Əvvəllər Kənd və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Bürosu kimi fəaliyyət göstərmişdir. 1977-ci ildə agentliyin tərkibində Meşəçilik Təlimi İnstitutu açılmışdır. Təşkilat 1973–1978, 1979–1987, 1988–1997, 1998–2007 və 2008–2017-ci illərdə meşə planları həyata keçirmişdir. == Fəaliyyəti == Koreya Meşə Xidmətinin əsas vəzifəsi meşələrlə bağlı qanunların tətbiqinə nəzarət etməkdir.
Milli Hidrometeorologiya Xidməti
Milli Hidrometeorologiya Xidməti (tam adı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti) — Azərbaycan Respublikasında xidmət Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqi və su kadastrının aparılması sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Hidrometeoroloji məlumatların əldə olunma mənbəyi hidrometeoroloji stansiyaların paylanma qanunauyğunluğu prinsipinə əsaslanaraq respublikanın ərazisi üzrə yerləşdirilmiş hidrometeoroloji stansiyalar və məntəqlər hesab edilir ki, bu da öz növbəsində hidrometeoroloji şəbəkə adlandırılır. Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi çox qədimdir. Belə ki, ilk müşahidələr 1830-cu ildə Xəzər dənizinin səviyyəsi üzərində, ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlamış və sonradan müşahidə şəbəkəsi genişlənərək 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Bakıda və və Şuşada, 1871-ci ildə Gəncədə, 1872-ci ildə Zaqatalada və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Kənd təsərrüfatı bitkiləri üzərində ilkin aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Respublikamızda ilk dəfə atmosferin ozon təbəqəsi üzərində müşahidələrə 1993-cü ildə Bakı şəhərində başlanılmışdır. Çay suları üzərində ilk hidroloji müşahidələr 1861-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. 1920-ci ildə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsi, 1925-ci ildə Bakı Hava Bürosu yaradılmışdır. İlk radiozondun buraxılışı 1936-cı ildə Maştağa qəsəbəsində, 1953-cü ildə isə Lənkəran şəhərində təşkil edilmişdir. 1952-ci ildə ilk dəfə olaraq açıq dənizdə "Neft Daşları" hidrometeoroloji stansiyası təşkil olunmuşdur.
Multimedia mesaj xidməti
Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir.
İnternet hostinq xidməti
İnternet hostinq servisi internetə qoşulmuş serverləri işlədən və idarə edən qurumlara deyilir. Bu qurumlar individualların və yaxud bizneslərin internetdə servis təmin etmələrini və yaxud məlumat saxlamalarını təmin edir. Hostinq deyərkən ağıla gələn ilk şeylərdən biri Veb Hostinqdir. Əksər hostinq servisləri müştərilərinə birdən çox xidmətlər təklif edir, bunlar məs. e-mail hostinq, veb sayt hostinqi, databaza hostinqi və DNS hostinqidir. DNS hostinqi adətən domen alan müştərilərə, domenlə birlikdə satılır. Dedicated server hostları isə, müştərilərinə bütöv server təklif edir. Müştəri bu server kompüterinin içərisində istədikləri hər hansı proqramı işlədə bilər. Dedicated server alan müştəri həmin bu serverdə birdən çox veb saytı host edərək, veb hostinq servisi yaradaraq bu xidməti sata bilər. Bu tip hostinqi təklif edən hostların məsuliyyətləri server üçün elektrik enerjisi və sürətli internet bağlantısı olmağını təmin etməkdir.
Şəbəkə xidməti provayderi
Şəbəkə xidməti provayderi (ing. Network Service Provider; NSP) — Milli İnformasiya İnfrastrukturunda (Mİİ) planında müəyyən edilmiş rollardan biri. Bu qurum internetin ABŞ-nin federal nəzarətindən özəl sektorun idarəçiliyinə keçidini idarə edirdi. 1968–1992-ci illərdə bu sahədə tək ödəyici iqtisadiyyatdan rəqabətli bazar iqtisadiyyatına keçid baş tutmuşdur. Plan şəbəkə xidməti provayderlərini topdansatış təbəqəsi kimi nəzərdə tuturdu. Onlar şəbəkəyə giriş nöqtələrində (sonradan "internet mübadiləsi nöqtələri" adlanmışdır) istehsal olunan internet bant genişliyini internet xidmət provayderlərinə köçürməli idilər. İnternet xidmət provayderləri öz növbəsində onu son istifadəçi müəssisələrinə və ya evlərində fərdi son istifadəçilərə satacaq internet giriş provayderlərinə (IAPs) satırdılar. Əslində, orijinal şəbəkə xidməti provayderləri 1990-cı illərin ortalarına qədər internet xidmət provayderləri və internet provayderləri ilə şaquli şəkildə inteqrasiya etmişdir. Bunun nəticəsində konqlomeratlar yaranmış və rəqabət azalmışdır. İndiki dövrdə bu termin telekommunikasiya şirkətlərinə, məlumat daşıyıcılarına, simsiz rabitə provayderlərinə, internet xidmət provayderlərinə və internetə çıxış təklif edən kabel televiziyası operatorlarına aid edilir.
Flock (mesajlaşma xidməti)
Flock — özəl mesajlaşma və əməkdaşlıq vasitəsi. 2014-cü ildə texnoloji sahibkar Bhavin Turaxiya tərəfindən təsis edilmişdir. Proqram "Windows", "MacOS", "Android", "iOS" və brauzer sistemlərində mövcuddur. "Flock" istifadəçilərə "Flock App Store"dan xarici tətbiqləri və inteqrasiyaları konfiqurasiya etməyə və birbaşa "Flock"da bildirişlər və yeniləmələri qəbul etməyə imkan verir. Flock bir "freemium" qiymət modelində işləyir. Tətbiq 2014-cü ildə istifadəyə verilmişdir. == Doğma applikasiyalar == "Flock" aşağıdakı kimi biznes applikasiyaları ilə əvvəlcədən quraşdırılmışdır: Poll app Shared To-dos Mailcast Code snippet sharing Reminders Note sharing My Favourites == API == "Flock" özünün üstündə proqramlar, botlar və fərdi inteqrasiyalar yaratmaq məqsədilə tərtibatçılar üçün "FlockOS" platformasını təqdim etmişdir. "Flock" tərtibatçılara "FlockOS"un imkanlarından istifadə edərək innovativ proqramlar yaratmağa kömək etmək üçün müntəzəm hakatonlar keçirir. == App Store == Flock istifadəçilərə Flock App Store-dan xarici tətbiqləri və xidmətləri inteqrasiya etməyə imkan verir. Bəzi ümumi tətbiqlərə "Google Drive", "Google Analytics", "Trello", "GitHub", "Twitter" və "Mailchimp" daxildir.
Ayrılmış hostinq xidməti
Ayrılmış hostinq xidməti, ayrılmış server və ya idarəolunan hostinq xidməti — internet hostinqi növü. Burada müştəri başqa heç kimlə paylaşılmayan bütün bir serveri icarəyə götürür. Bu, paylaşılan hostinqdən daha çevikdir, çünki təşkilatlar serverlər, o cümlədən əməliyyat sistemi, aparat və s. üzərində tam nəzarətə malikdirlər. Ümumi olaraq kompleks idarəolunan və hostinq adlandırılan başqa bir ayrılmış hostinq səviyyəsi də var. Kompleks idarəolunan hostinq həm fiziki ayrılmış serverlərə, həm də hibrid serverlərə və virtual serverlərə aiddir. Bir çox şirkətlər hibrid (fiziki və virtual birləşməsi) hostinq həllini seçirlər. Standart və kompleks idarəolunan hostinq arasında bir çox oxşarlıqlar var, lakin əsas fərq, infrastrukturun yerləşdirilməsinin həm artan ölçüsü, həm də mürəkkəbliyi səbəbindən müştərinin ödədiyi inzibati və mühəndislik dəstəyinin səviyyəsidir. Provayder təhlükəsizlik, yaddaş, saxlama və İT dəstəyi də daxil olmaqla, idarəetmənin böyük hissəsini öz üzərinə götürmək üçün addımlayır. Xidmət ilk növbədə proaktiv xarakter daşıyır.
Ukrayna Təhlükəsizlik Xidməti
Ukrayna Təhlükəsizlik Xidməti (UTX; ukr. Служба безпеки України, СБУ) — Ukraynanın dövlət təhlükəsizliyini təmin edən xüsusi təyinatlı hüquq-mühafizə orqanı. Ukrayna prezidentinə tabedir. 1991-ci il sentyabrın 20-də Ukrayna Ali Radası "Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaradılması haqqında" qərar qəbul etdi. Həmin fərmanla Ukrayna SSR Dövlət Təhlükəsizlik Komitəsi ləğv edildi. 1992-ci il martın 25-də Ali Rada "Ukraynanın Təhlükəsizlik Xidməti haqqında" qanunu, daha sonra isə Ukrayna qanunlarını qəbul etdi. "Əks-kəşfiyyat fəaliyyəti haqqında" "Əməliyyat-axtarış fəaliyyəti haqqında" "Mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təşkilati-hüquqi əsasları haqqında" "Dövlət sirri haqqında" "Korrupsiyaya qarşı mübarizə haqqında" "Terrorizmlə mübarizə haqqında" və s. "Ukraynanın Təhlükəsizlik Xidməti haqqında" Qanun UTX-nun prioritet funksiyalarını müəyyən edir: Ukraynanın dövlət suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün, iqtisadi, elmi-texniki, müdafiə potensialının, dövlətin qanuni mənafelərinin və vətəndaşların hüquqlarının xarici kəşfiyyat xidmətlərinin kəşfiyyat fəaliyyətindən, ayrı-ayrı təşkilatların və ayrı-ayrı şəxslərin təxribat hücumlarından qorunması. ; sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlərin, terrorizmin, korrupsiyanın və idarəçilik, iqtisadiyyat sahəsində mütəşəkkil cinayətkarlığın və Ukraynanın həyati maraqlarına birbaşa təhlükə yaradan digər qanunsuz hərəkətlərin qarşısının alınması, aşkar edilməsi və ifşası; dövlət quruculuğu, onun müdafiə qabiliyyətinin və iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində xarici və daxili siyasətin həyata keçirilməsində Ukrayna rəhbərliyinə köməklik göstərmək məqsədilə informasiya-analitik fəaliyyət. Art.
İdarəolunan təhlükəsizlik xidməti
İdarəolunan təhlükəsizlik xidməti (ing. managed security services; MSS) — hesablama sahəsində xidmət provayderinə autsorsinq edilmiş şəbəkə təhlükəsizliyi xidmətləri. Belə bir xidmət göstərən şirkət idarəolunan təhlükəsizlik xidməti təminatçısı (MSSP) adlanır. MSSP-lərin kökləri 1990-cı illərin ortalarından axırlarına qədər populyar olmuş internet xidmət provayderlərinə (ISP) gedib çıxır. İlkin olaraq, ISP-lər müştərilərə müştəri binaları avadanlığı (CPE) kimi "firewall" cihazı satır və əlavə ödəniş müqabilində dial-up bağlantısı vasitəsilə müştəriyə məxsus təhlükəsizlik divarını idarə edir.idarə edəcək. Son sənaye araşdırmalarına görə, əksər təşkilatlar (74%) İT təhlükəsizliyini daxili formada idarə edir, lakin İT mütəxəssislərinin 82%-i artıq idarə olunan təhlükəsizlik xidməti təminatçısı ilə əməkdaşlıq etdiklərini və ya ortaq olmağı planlaşdırdıqlarını söyləmişdilər. Bizneslər hədəflənmiş ziyankar proqramlar, müştəri verilənlərinin oğurlanması, bacarıq çatışmazlığı və resurs məhdudiyyətləri kimi informasiya təhlükəsizliyi ilə bağlı gündəlik üzləşilən təzyiqləri azaltmaq üçün idarə olunan təhlükəsizlik xidmətləri təminatçılarına müraciət edirlər. Sənaye araşdırma şirkəti "Forrester Research" idarəolunan təhlükəsizlik xidməti təminatçılarının (MSSP) 23 meyarlı qiymətləndirilməsi ilə 2018-ci ildə qlobal bazarda ən əhəmiyyətli 14 təchizatçını müəyyən etmişdir. Onlar: "Accenture", "IBM", "Dell SecureWorks", "Trustwave", AT&T, "Verizon", "Deloitte", "Wipro" və başqaları. Bazara yeni gələnlərə yaşayış evlərini, kiçik biznesləri və yüksək xalis dəyərli müştəriləri qorumaq üçün istifadə edilən bir sıra kiçikmiqyaslı provayderlər daxildir.